Azərbaycan İtaliyanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Nazir vurğulayıb ki, iki ölkə arasında tarixi dostluq və strateji tərəfdaşlıq bütün sahələrdə ən yüksək səviyyəyə çatıb:
“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15,6 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında İtaliya şirkətlərinin fəal iştirakını da xüsusi qeyd etmək lazımdır. Həmçinin ölkələrimizin G7 və COP29-da sədrliyi əməkdaşlıq üçün yeni imkanlar açır”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu