Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo ilə “Real”ın türkiyəli oyunçusu Arda Gülərin görüşdüyü iddia edilib.
BUTA.TV xəbər verir ki, ulduz futbolçu Türkiyəyə qarşı keçirdikləri matçdan sonra A.Gülərlə soyunma otağının dəhlizində qarşılaşıb. 39 yaşlı dünya ulduzu Arda Gülərə bu sözləri deyib: “Real” da hər zaman hər şeyi qazanmaq üçün meydana çıxırsan, görürəm ki, ruhun eynidir”. Kriştiano ilə söhbət etməyin Ardaya böyük xoşbəxtlik verdiyi də iddia edilir.
Qeyd edək ki, oyundan sonra Ronaldonun Ardaya əhəmiyyət verməməsi görüntüləri yayılaraq, müzakirəyə çevrilmişdi.
Xatırladaq ki, matç Portuqaliyanın Türkiyə üzərində 3:0 hesablı qələbəsi ilə bitmişdi.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu