Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirdiyi, BNA-nın mətbuat katibi olmuş Mais Ağayevin saxlanıldığı barədə bir müddət öncə məlumat yayılmışdı.
BUTA.TV xəbər verir ki, məlumatda 25 iyul 2023-cü ildə keçirilən əməliyyat zamanı saxlanılan Mais Ağayevin iki aydan sonra sərbəst buraxıldığı, onun isə ölkəni tərk etdiyi iddia edilirdi.
Halbuki Mais Ağayevin 7 fevral 2024-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində səs verməsi barədə görüntülər yayılmışdı. Ona görə də onun Türkiyəyə getməsi mübahisələndirilmişdi.
M.Ağayev sosial şəbəkələrdə aktiv olmasına rəğmən, barəsində yayılan iddialarla bağlı heç bir açıqlama verməyib, onunla hər hansı əlaqə yaratmaq da mümkün olmayıb.
Bəs, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi belə bir əməliyyat keçiribmi? Əməliyyat zamanı saxlanılan olubmu və M.Ağayevin adının hallanması nə qədər həqiqətə uyğundur?
Qeyd edək ki, hadisə ilə bağlı məlumat 6 iyunda yayılıb, 7 iyunda Baş Prokurorluğa sorğu ilə müraciət etmişik. Aradan keçən müddət ərzində sorğu dəfələrlə təkrar olunsa da, 18 gündür Baş Prokurorluğun mətbuat xidməti mövzu ilə bağlı susmağa davam edir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu