Rusiya Hava-Kosmik Qüvvələri Ukraynada universal planlı və korrektə modullu FAB-3000 fuqaslı aviasiya bombasından istifadə etməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentlik Rusiya ordusunun Ukrayna mövqelərinə endirilən zərbələrin videolarına istinad edib.
“Əvvəllər belə silahdan istifadə edilmirdi”, - məlumatda bildirilib.
TASS isə güc strukturlarındakı mənbələrə istinadla yazıb ki, Rusiya ordusu 3 tonluq aviasiya bombalarından iyunun 20-dən istifadə etməyə başlayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu