Qərbi Azərbaycan İcmasının fəaliyyətinin ana xəttini Qərbi azərbaycanlıların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində səylərimiz davam edib.
BUTA.TV xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə söyləyib.
"Çoxsaylı müraciətlərimiz BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılıb, UNESKO, İSESKO, Qaçqınlar üzrə Ali Komissarlıq, ATƏT kimi qurumlarla təmaslarımız davam edib. Qərbi Azərbaycan İcması üzvlərinin öz doğma torpaqlarına qayıdışına dialoq yolu ilə nail olmaq əzmindədir", - Ə.Ələkbərli bildirib.
O qeyd edib ki, biz Ermənistan hökumətinə dialoq üçün dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də onun çağırışlarına cavab verməyib. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu