İyunun 22-də Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində ilahiyyatçı Salman Kamiloğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib.
BUTA.TV xəbər verir ki, Ağsuda yaşayan, Masazıra dayısıgilə qonaq gedən azyaşlını yolun kənarında oynayarkən görən ilahiyyatçı onu yanına çağırıb və əxlaqsız hərəkətlər etməyə başlayıb.
Qohumunun onlara tərəf gəldiyini görən ilahiyyatçı ərazidən uzaqlaşıb.
Azyaşlının dayısı həmin şəxsin sözügedən ərazidə yaşamadığını, falçının yanına getdiyini söyləyib:
"Dükanın yanında gördüm ki, bankomatdan pul çıxarır. Yaxınlaşdım ona, həmin şəxs olub-olmadığını təsdiqləmək üçün mənimlə gəlməyini xahiş etdim. Gəldik, yoldaşım da, uşaq da həmin adam olduğunu təsdiqlədilər. Bu şəxs isə boynuna almadı, din adamı olduğunu dedi. Abşeron Rayon Polis İdarəsinə zəng etdim. Polislər gəlib götürdülər. Orada isə hər şeyi boynuna aldı".
Ətraflı Baku TV-nin süjetində:
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu