Rusiyanın populyar Nyus.ru portalı İrəvanın Cənubi Qafqaz siyasətinə Moskvanın baxışına dair material hazırlayıb.
BUTA.TV xəbər verir ki, məqalədə Rusiya rəsmiləri və politoloqlarının mövzu ilə bağlı fikirləri yer alır.
Bildirilir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu yaxınlarda İrəvana xəbərdarlıq edib. O vurğulayıb ki, Ermənistan hakimiyyətinin qərbyönümlü siyasi vektoruna göz yummağı düzgün hesab etmir. Respublikanın AB-yə daxil olmaq istəyindən danışan məmur qeyd edib ki, AB və Aİİ-yə üzvlük bir yerə sığmır.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib ki, Paşinyan Rusiyadan tamamilə üz döndərməzdən əvvəl Qərb tərəfdaşlarından "kağız üzərində təhlükəsizlik zəmanəti" almaq istəyir.
"Ümumiyyətlə, Ermənistan qərbliləri aldatmağa, Moskva ilə ciddi qarşıdurmaya getmək əvəzinə, bu qarşıdurmanı alver predmetinə çevirməyə hazırdır. Amma Ermənistanın baş nazirində heç nə alınmayacaq. Qərbə yüksək təcrübəli, imperialist qurdlar rəhbərlik edir", - Markov hesab edir.
O, Ermənistanı xarici qüvvələrin Cənubi Qafqaza nüfuz etməsinə kömək edən və regionun çiçəklənməsinə təhlükə yaradan troya atına bənzədir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu