Opera divası Anna Netrebko ilə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ayrılıblar.
Bu barədə ifaçılar birgə bəyanatda bildiriblər. "Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra biz ayrılmaq qərarına gəldik. Biz Tiaqoya (Anna Netrebkonun əvvəlki nikahdan olan oğlu) ümumi sevgi ətrafında birləşən yaxın dost olaraq qalırıq", - deyə sənətçilər qeyd ediblər.
Netrebko və Eyvazovun sözlərinə görə, ayrılıq onların birgə çıxışlarına təsir etməyəcək. Keçmiş cütlüyün qarşıdan gələn çıxışları "La Scala" ("Turandot) və "Arena di Verona" ("Tosca") da baş tutacaq.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu