Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı açıqlamaları başdan-başa yalandır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.
"Cənab Qriqoryan Nikol Paşinyandan da böyük rusofobdur və bir sıra hallarda o, şefinin ağlına gələni öz dilində proqnozlaşdırır və ya ictimailəşdirir. Bu kontekstdə söhbət açıq-aşkar yalanlardan gedir", - K.Zatulin bildirib.
Rusiyalı deputat qeyd edib ki, Qarabağ Ermənistanın Baş naziri Nikol Paşinyan üçün təkcə lazımsız deyil, həm də daxildə zərərlidir, ona görə də o, qərbli dostlarının yolunu seçib.
“O, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını çətin vəziyyətə saldı, görünür, bu, onun Qərblə yeni dostluğunun şərti idi, çünki Qərbin Qarabağda Rusiya sülhməramlılarına ehtiyacı yoxdur. Gümrüdə Rusiya bazasının olması, görünür, növbəti suallardır və bunu cənab Paşinyanın tərəfdarları və özü heç bir halda gizlətmir”, - Zatulin vurğulayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu