Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olan tərəfdaşların dəstəyinə arxalanacaq.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Tallində estoniyalı həmkarı Marqus Tsahknlə görüşündə deyib.
Mirzoyanın sözlərinə görə, Ermənistan və Azərbaycan sülh sazişi layihəsini demək olar ki, razılaşdırıb və İrəvan bir ay ərzində bu işi tam başa çatdırmağa hazırdır:
“Eyni zamanda, Ermənistan tərəfinin Bakıdan müsbət reaksiya gördüyünü söyləmək olmaz. Buna baxmayaraq, İrəvan sülh gündəminə sadiqdir və bir-birinin ərazi bütövlüyünün tanınması əsasında Azərbaycanla münasibətləri normallaşdırmağa və 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlət sərhədinin yaradılması prosesini davam etdirməyə hazırdır”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu