İsrail 8 “Patriot” kompleksinin Ukraynaya verilməsi ilə bağlı danışıqlar aparır. Onların 30 yaşı var, İsrail onları istismardan çıxarıb, Ukraynaya vermək istəyir, əvəzində isə ABŞ-dan yenisini alacaqlar. Əgər bu baş verərsə, Rusiya çox güman ki, Livan ordusuna yeni raket sistemləri ötürəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı ekspert Sergey Markov İsrailin Ukraynaya ABŞ vasitəsilə 8 “Patriot” sistemi göndərmək istəməsi haqda yayılan məlumata münasibət bildirərkən deyib.
Markov qeyd edib ki, Rusiya Livana yeni raket sistemləri versə, bu, İsraili Hizbullahdan müdafiə olunmaq üçün daha çox “Patriot”a ehtiyac duymasına səbəb olacaq:
“Amma bu, Rusiya ilə İsrail arasında münasibətlərin fəlakətli şəkildə pisləşməsinə gətirib çıxaracaq. Və bu pisləşmə İsrail üçün Suriyada vəziyyətin kəskin pisləşməsinə səbəb olacaq”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu