Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə-Lerikdə də 5 bala qədər hiss olunub:
"Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur".
Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir:
"Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın".
Qeyd edək ki, iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib, – məlumatda qeyd olunub.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu