Gələcək tədris ilində Laçının Sus kəndində məktəbin fəaliyyətə başlaması gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib:
“Bugünədək minə yaxın ev və yaşayış kompleksi bərpa edilib və tikilib. Gənclər Laçın rayonunun dirçəldilməsində önəmli rol oynayır”.
Qeyd edək ki, Laçın rayonunda Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Laçın Könüllüləri” qrupuna qeydiyyat başlanıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu