Kürdəmir rayonunun Təklə kəndində göldə batan şəxsin kimliyi müəyyənləşib.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, həmin şəxs rayonun Mürtülü kənd sakini 1974-cü il təvəllüdlü Vasif Ələddin oğlu Mahmudovdur.
Belə ki, V.Mahmudov ərazidə iribuynuzlu mal-qaranı otararkən heyvanlardan biri gölə girib. O, heyvanı göldən çıxarmaq üçün özü suya girməyə qərar verib. Bu zaman 50 yaşlı kişi özü boğularaq ölüb. Onun meyiti aidiyyəti qurum tərəfindən aşkarlanaraq, təhvil verilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu