İyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl Polşa ilə Ukrayna arasında təhlükəsizlik sazişi imzalanacaq.
BUTA.TV xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk AB-nin Brüssel sammitinin yekunları üzrə jurnalistlərə bildirib.
“Müqaviləmiz demək olar ki, hazırdır. Tərəflər hələlik bəzi ifadəllər üzərində razılığa gəlməyib. Polşa Kiyevə öz müdafiə qabiliyyətinin ziyanına kömək edə bilməyəcək”, - o bildirib.
Qeyd olunur ki, söhbət qırıcı təyyarələr kimi silahların tədarükündən gedir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu