Bir neçə gün əvvəl ölkənin cənub bölgəsində qeyri-sabit hava şəraiti fəsadlar törədib.
BUTA.TV Baku TV-yə istinadla xəbər verir ki, Astara rayonunun Siyəkü kəndi ərazisindən keçən Pensərçay 40 metrə qədər məcrasını dəyişib.
Çayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.
Sakinlər təbii fəlakət nəticəsində təsərrüfatlarına da ciddi ziyan dəydiyini deyirlər.
"Mənə 20-30 min manatlıq ziyan dəyib. Bir dəfə də sel gəlsə, evimizi aparacaq", - deyə Fariz Canıyev söyləyib.
Daha ətraflı süjetdə:
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu