Belarus nümayəndə heyəti ATƏT PA-nın Buxarestdəki 31-ci sessiyasına buraxılmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Parlament məlumat yayıb.
Məlumata görə, rəsmi Buxarest ölkənin qanunverici orqanı təmsil edən deputatlara viza verməkdən imtina edib. Bu addımın ATƏT-in baza prinsiplərinə zidd olduğu qeyd olunub:
“Belarus ATƏT PA-nın iclasında aktiv iştirak edir. 2017-ci ildə ölkəmiz qurumun 26-cı sessiyasına uğurla ev sahibliyi edib. Bu zaman 55 ölkəni təmsil edən parlament nümayəndə heyətlərinin fəaliyyəti üçün maksimal dərəcədə əlverişli şərait yaradılıb. Onu da bildiririk ki, ATƏT-in Parlament Assambleyası xüsusilə də hazırkı gərgin siyasi vəziyyətdə önəmli hesab olunan açıq və inklüziv dialoq meydançasıdır. Belarus nümayəndə heyətinin bu toplantının işinə buraxılmaması açıq diskriminasiyanın bariz nümunəsidir. Bu xüsusda Belarus nümayəndə heyəti sessiyanın gedişində ölkəmizə qarşı qəbul ediləcək istənilən qərarı tanımır”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, ATƏT PA-nın növbəti sessiyası iyunun 29-dan iyulun 3-dək Rumıniyada keçiriləcək.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu