İsrail Hizbullah təşkilatının silahlı qüvvələrinin Livanın cənubunu tərk edənə qədər onlara qarşı tam qüvvə ilə əks-hücuma davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz deyib.
"İran bu gün Hizbullahın Livandan hücumlarına tam cavab verəcəyi təqdirdə İsraili məhv edəcəyi ilə hədələyir. Mənim İrana cavabım aydındır: Birincisi, Hizbullah hücumları dayandırmasa və Livanın cənubundan geri çəkilməsə, sərhəddə təhlükəsizlik bərpa olunana və sakinlər evlərinə qayıdana qədər bütün gücümüzlə ona qarşı hərəkət edəcəyik.
İkincisi, məhv etməklə hədələyən rejim məhv olmağa layiqdir”, - deyə nazir bildirib.
Qeyd edək ki, İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin Livana qarşı genişmiqyaslı hərbi təcavüzü halında bütün müqavimət hərəkatı cəbhələrinin tam iştirakı ilə “məhvetmə müharibəsi” olacağı barədə xəbərdarlıq edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu