Səudiyyə Ərəbistanı İranın “Merac” hava yolları şirkətinə məxsus iki təyyarənin bu ölkəyə girişinə icazə vermədiyi üçün təyyarələr geri qayıdıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Hava Yollarının baş direktoru Şəmsəddin Fərzadipur deyib.
O, həmin təyyarələrin Səudiyyə Ərəbistanında olan zəvvarları geri qaytarmaq üçün bu ölkəyə uçduqlarını deyib.
“Səudiyyə Ərəbistanı heç bir səbəb göstərmədən “Merac” təyyarələrinin bu ölkənin hava məkanına girişinə qadağa qoyduğunu dedi”, - Fərzadipur bildirib.
Qeyd edək ki, “Merac” hava yolları şirkəti SEPAH-a bağlıdır və bu bölgədə İran proksi qüvvələrinə silah daşımaqla məşğul olur.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu