İran prezidentliyinə namizəd Məsud Pezeşkianı dəstəkləyən azərbaycanlı vəkil Məhəmməd Təriqət radikal mühafizəkar siyasi cərəyanın namizədi Səid Cəlilinin tərəfdarları tərəfindən döyülüb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media kanallarında məlumat yayılıb.
Radikallar Məhəmməd Təriqətin avtomobilinin arxa şüşəsində Məsud Pezeşkiana səs verməyə çağıran posterin olduğuna görə ona hücum ediblər.
Yayılan videolarda hücumçuların azərbaycanlı vəkilin avtomobilini saxlayaraq onu düşürtdükləri, həyat yoldaşı və azyaşlı qızının qarşısında ona güc tətbiq etdikıəri görünür.
Şərqi Azərbaycan əyalətinin prokuroru Məhbub Əlilu hadisə ilə bağlı araşdırma aparıldığını deyib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu