Bir daha fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam. Mahabadda dünyaya gəlmişəm, atam, anam və bütün nəslim azərbaycanlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Məsud Pezeşkian son vaxtlar onun anasının başqa millətdən olması barədə deyilənlərə aydınlıq gətirərkən bildirib.
O, bununla yanaşı İranda Azərbaycan türkcəsinə qarşı məhdudiyyətlərə də toxunub:
“Bir azərbaycanlı olaraq kimsənin dilimi lağa qoymasına icazə vermərəm, heç kim Azərbaycan türkcəsində yazıb-oxumağa qadağa qoya bilməz”.
Qeyd edək ki, prezident seçkiləri öncəsi Məsud Pezeşkianın anasının kürd olması ilə bağlı şayiələr yayılıb.
Xatırladaq ki, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi Ulu Öndər Heydər Əliyevə məxsusdur.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu