İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.
“Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, - o vurğulayıb.
Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu