Müasir cəmiyyətdə miqrantlara qarşı ksenofobiya və nifrətin qızışdırılması yolverilməzdir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edərkən bildirib.
Dövlət başçısı siyasi məqsədlərlə ksenofobiya kartının oynanılmasını “zəiflik” adlandırıb.
“Heç kimin qısamüddətli siyasi dividendlər və populizm adı ilə cəmiyyəti parçalamağa haqqı yoxdur. Barbarlıq və vandalizm qəbuledilməzdir”, - Ərdoğan bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyənin hakim partiyası populizm mövqeyindən çıxış etməyib və heç vaxt etməyəcək.
“Türkiyənin sabitliyini pozmaq, inkişafını dayandırmaq, onu geriyə atmaq cəhdləri uğurlu olmayacaq”, - o qeyd edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu