İnsanların hər gün işə gedib-gəldiyi saatlarda daha çox sıxlıq müşahidə olunur. Bundan sonrakı dövrdə də sərnişin sayında sıxlıq nisbətən artarsa, təbii ki, qatarların hərəkət intervalında dəyişiklər olacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov taksilərdə gediş haqlarının artmasının metroda daha çox sərnişin sıxlığına yol açacağı ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
“Taksi xidmətlərində qiymət artımından sonra Bakı Metropoliteni monitorinqlərinə bu məsələni xüsusi daxil edib. Baxmayaraq ki, yay dövrüdür. Sərnişinlərin sayı azalsa belə, Bakı Metropolitenində gündəlik olaraq monitorinqlər aparılır. Bizdə sərnişin sıxlığını tənzimləmək üçün hər zaman ehtiyat qatarlardan istifadə edilir”, - o əlavə edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu