Moskvada “Enerji həftəsi-2024” proqramı çərçivəsində MDB ölkələri arasında Gənc Mühəndislərin Beynəlxalq Liqası yarışmasının final mərhələsi keçirilib.
BUTA.TV xəbər verir ki, ölkədən 11 komandanın iştirak etdiyi həlledici mərhələdə Azərbaycanı “Azərişıq” ASC-nin “GreenAz” və “Azerlight” komandaları təmsil edib.
“GreenAz” komandası Gənc Mütəxəssislərin Beynəlxalq Liqasında “Külək parkında olan boş ərazilərin istifadəsi”, “Azerlight” komandası “Su elektrik stansiyalarına günəş panellərinin inteqrasiyası” mövzusu ilə çıxış ediblər. Komandalarımızın layihələri ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə beynəlxalq yarışda “GreenAz” üçüncü, “Azerlight” komandası isə 5-ci yerə layiq görülüb. Azərbaycan komandasının üzvləri və ekspertlər qrupu yarışda uğurlu iştirakına görə təşəkkür məktubu ilə mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqə MDB ölkələri arasında energetika sahəsində tədqiqat və təcrübə mübadiləsi, yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühim rol oynayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu