Xəbər verdiyimiz kimi, bu gün Belarusun Müstəqillik Günü ilə bağlı keçirilən paradda Azərbaycan əsgərləri də keçid edib.
BUTA.TV xəbər verir ki, hərbi birliyimizin keçidinə kapitan Məhəmməd Elman oğlu Saqizadə rəhbərlik edib.
Aparıcı məlumat verib ki, Belarusun faşizm işğalından azad edilməsində 10 min azərbaycanlı iştirak edib. Parad həmçinin Belarusun faşizm işğalından azad edilməsinin 80 illiyinə həsr edilib.
Qeyd edək ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da paradı qəbul edənlər arasındadır.
Xatırladaq ki, Sovet ordusunun 1944-cü il 23 iyunda başlayan və 29 avqustda başa çatan məşhur “Baqration əməliyyatı” nəticəsində Belarus, Litva və şərqi Polşa Hitler Almaniyasının işğalından azad edilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu