Türkiyə killi komandasının futbolçusu Merih Dəmiralın Avro-2024-də, Avstriya ilə 1/8 final matçında (2:1) vurduğu qola Bozqurd işarəsi ilə sevinməsi qalmaqala çevrilib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, UEFA-nın müdafiəçinin qol sevinci ilə bağlı iş açması bəzi qüvvələri sevindirib. Onlar arasında ABŞ-da məskunlaşan erməni diasporu da var.
Amerika Erməni Milli Komitəsi (ANCA) Bozqurd işarəsinin zorakılıq simvolu olduğunu iddia edib və Merihin bütün beynəlxalq matçlardan ömürlük kənarlaşdırılmasını tələb edib.
Erməni diasporu ANCA-nın rəsmi X hesabında edilən paylaşımda “Türkiyəli müdafiəçi Merih Dəmiral Avropa Çempionatında Avstriyaya vurduğu qolu faşist Bozqurd salamı ilə qeyd edir. Bu, xristianlara və kürdlərə qarşı zəhərli nifrət və soyqırım zorakılığının irqçi jestidir. Dəmirala qırmızı vərəqə və bütün beynəlxalq oyunlarda ömürlük cəza verilməlidir”, - deyə iddia edilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu