İyulun 2-də futbol üzrə Avropa çempionatı çərçivəsində millimizlə Avstriya yığması arasında keçirilən oyundan sonra UEFA-nın futbolçumuz Merih Demirala qarşı intizam araşdırması açması qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“Almaniya Federal Konstitusiyanı Mühafizə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda “boz qurd” işarəsi göstərən hər kəsin ifrat millətçi kimi qiymətləndirilmədiyinin vurğulandığı və “boz qurd” işarəsinin Almaniyada qadağan edilmiş bir simvol olmadığı halda, Almaniya səlahiyyətliləri tərəfindən Demirala göstərilən reaksiyalar birbaşa ksenofobiya kimi qiymətləndirilir”, - deyə bəyanatda qeyd edilib.
Türkiyə XİN idman müsabiqələrində sevinc nümayişi zamanı tarixi və mədəni simvolun heç kimi hədəf almayacaq şəkildə istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınadığını bəyan edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu