Türkiyənin bir neçə vilayətində meşə yanır.
BUTA.TV xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Bildirilib ki, İzmirin Bornova rayonunda Beşyol kəndindəki yanğın ətraf ərazilərə də yayılıb. Yanğın səbəbindən Beşyol və Sarnış kəndlərindən insanlar təxliyə edilib. Hər iki kənddə ümumilikdə yeddi evə ziyan dəyib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub. Havadan və qurudan müdaxilə nəticəsində yanğın lokallaşdırılıb.
Bundan başqa, Balıkesir vilayətində başlayan yanğın meşəlik əraziyə keçib. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Qəhrəmanmaraşın Türkoğli və Pazarcık rayonlarında da meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Güclü külək yanğının söndürülməsinə əngəl yaradır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu