İndiki inkişaf mərhələsində bəşəriyyət beynəlxalq hüququn sistemli böhranını yaşayır. Terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və islamofobiya təhdidləri artır. İqlim dəyişmələri, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı risklər və problemlər mövcuddur.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) cümə axşamı Astanada keçirilən Sammitində bildirib.
“Ankara hər fürsətdə diqqəti qlobal münasibətlər sistemindəki problemlərə yönəldir. Bədbinliyə qapılmamaq, mövcud vəziyyətdən çıxış yoluna çalışmaq vacibdir. Dünyada “güclünün hüququ” üstünlük təşkil etməməlidir. Bütün dünyada sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinə yönəlmiş beynəlxalq sistemin formalaşdırılması vacibdir. Türkiyə də məhz buna can atır”, - Ərdoğan qeyd edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu