Prezident İlham Əliyevin Türkiyə millisinə dəstək mesajı və Merih Dəmiralın Bozqurd işarəsi göstərməsinə görə verilən qərarı qınaması qardaş ölkənin mediasında gündəmə çevrilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Türkiyənin bir sıra xəbər saytları, həmçinin digər media qurumları Azərbaycan liderinin mesajını paylaşıblar.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev AVRO-2024-ün 1/4 final mərhələsində bu gün Niderlandla qarşılaşacaq Türkiyə millisinə uğurlar arzu edib.
"Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq səkkiz ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində iki qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Dəmiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderlandla oyunda qələbə arzu edirəm!
Yaşasın türk dünyası!" - Azərbaycan Prezidenti yazıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu