Rusiyada mayın 19-da Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın qardaşı Vladimir Podolyak ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya sosial şəbəkələrində məlumat və mərhumun qəbrinin fotosu yayılıb.
Bildirilib ki, o, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb.
59 yaşlı Vladimir Podolyakın hansı səbəbdən öldüyü barədə Rusiya rəsmiləri açıqlama verməyib.
“Ukrayna prezidentinin ən yaxın çevrəsindən olan şəxslə qohumluq əlaqələri olan yüksək rütbəli QRU kəşfiyyatçısının ölümü onun artıq təqaüdə çıxmasına baxmayaraq, şübhələr yarada bilər. Təbii ki, o, qəza və ya xəstəlik nəticəsində də ölə bilərdi. Ukrayna xüsusi xidmət orqanlarının bundan xəbərinin olmaması mümkünsüzdür”, - məlumatda deyilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu