Yaponiyanın bir çox hissəsində anomal isti hava müşahidə olunur. İl ərzində ilk dəfə temperatur 40 dərəcəni ötüb.
BUTA.TV xəbər verir ki, iyulun 7-də Tokay və Kanto bölgələrində havanın hərarəti 40 dərəcəyə çatıb. Tokay bölgəsində 1940-cı ildən bəri ilk dəfədir ki, havanın hərarəti 40 dərəcəni ötür. Paytaxt Tokioda isə havanın hərarəti 36 dərəcə olub.
Yaponiyanın Meteorologiya Agentliyi 26 prefekturada isti hava ilə əlaqədar xəbərdarlıq edib.
Bu cür hava şəraiti istivurma hallarının çoxalmasına səbəb olub. Ehime və Tokuşima prefekturalarında 2 nəfər yaşlı qadın istivurmadan ölüb. Paytaxt Tokioda 119 nəfər istivurma səbəbindən tibb ocaqlarına müraciət edib. Onlardan üçünün vəziyyəti ağırdır.
Səlahiyyətli qurumlar əhaliyə, xüsusən yaşlı insanlara və uşaqlara açıq havaya çıxmamağı tövsiyə edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu