Dağıstanda törədilən terror aktlarından sonra işdən çıxarılan Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərovun həbs müddəti 72 saat uzadılıb.
BUTA.TV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva bildirib.
Qeyd edək ki, Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində törədilən terror aktları zamanı Ömərovun iki oğlu, həmçinin qardaşı oğlu zərərsizləşdirilmişdi. Ömərov özü isə saxlanılmazdan öncə istefa ərizəsi yazmışdı.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu