Gürcüstan-Ermənistan sərhədində 3-4 ballıq zəlzələ baş verib.
BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, zəlzənin episentri Ermənistanın Şirak vilayətinin Bavra kəndindən 17 km şimal-şərqdə, ocağı isə 25,84 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Sarağyuğ, Bavra, Tavşut, Qazançı və Aşotsk, Lori vilayətinin Sarçapet və Paxxbyur kəndlərində də hiss olunub.
Zəlzələ episentrdə 4-5 bala qədər hiss olunub.
Bundan əlavə, Gürcüstanın cənub-şərqində 11 dəqiqə fərqlə iki ardıcıl zəlzələnin baş verdiyi bildirilib.
4 bal gücündə yeraltı təkanlar Dmanisi (Başkeçid) şəhərindən 26 km aralıda yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu