Mərakeşin "İttihad Tanjer" klubunda çıxış edən iki futbolçusu Mdik şəhərində itkin düşüb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, onlar yaxtada gəzinti zamanı bədbəxt hadisə ilə üzləşiblər.
5 futbolçu - Usama Alfa, Suleyman Dadu, Abdelhamid Maali, Salman Harrak və Abdellatif Ahrif bir gün əvvəl Mdik şəhərində yaxta kirayələyərək dəniz gəzintisinə çıxıb.
Onlar üzmək üçün suya tullandıqdan sonra güclü külək gəmini uzağa aparıb. Nəticədə futbolçular yaxtaya çata bilməyiblər.
İtkin düşən oyunçulardan 3-nü xilas etmək mümkün olsa da, Harrak və Ahrif haqqında heç bir məlumat yoxdur.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu