Qüvvələr, silahlar və texnologiya balansını nəzərə alsaq, Rusiyanın Ukraynada məğlubiyyətini təsəvvür etmək çətindir.
BUTA.TV xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Putinin nə baş verəcəyi və Rusiyanın necə qalib gələcəyi barədə dəqiq təsəvvürü var. Silah və texnologiya sayına baxsanız, Putin məğlub ola bilməz. Rusiyanı məğlub etmək təsəvvür edilməsi çətin olan bir şeydir. Rusiyanın həqiqətən məğlub ola biləcəyi ehtimalı tamamilə təxəyyüldən kənardır. Önümüzdəki aylarda cəbhədəki vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Mənim həm Ukrayna, həm də Rusiya prezidentləri ilə danışmaq imkanım olub və inanın ki, qarşıdakı iki-üç ay düşündüyümüzdən daha qəddar olacaq. Müharibə siyasətindən sülh siyasətinə keçmək üçün indi ən doğru məqamdır”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu