Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim Suriyadakı mövcudluğumuz bu dövlətin ərazi bütövlüyünə qarşı deyil.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.
O, Suriya ilə əlaqələrin normallaşması xəbərinin bütün dünyada gündəm olduğunu, lakin hələ də Suriya Prezidenti Bəşər Əsədin Türkiyəyə dəvət olunmadığını vurğulayıb.
Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədin ölkəsinə dəvət olunacağını bəyan edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu