İtaliyanın Stromboli adasında yerləşən eyniadlı vulkanda müşahidə olunan aktivliyə görə mülki müdafiə qüvvələrinin fövqəladə səfərbərlik vəziyyəti elan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliyanın mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçi fərman imzalayıb.
Nazir vulkanoloqların rəyi nəzərə alınaraq, bölgədə qırmızı xəbərdarlıq səviyyəsi elan edildiyini bildirib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, hazırda vulkanda aktivlik səviyyəsi intensivləşib. Bu vəziyyətin qısa müddət ərzində dəyişəcəyi gözlənilmir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu