Rusiyanın bu gün onlarla dinc sakinin ölümünə və Kiyevin ən böyük uşaq xəstəxanasında tələfat və dağıntılara səbəb olan raket zərbələri Rusiyanın qəddarlığının dəhşətli bir xatırlatmasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bazar ertəsi Rusiyanın Ukraynaya, o cümlədən Kiyevdəki uşaq xəstəxanasına raket hücumlarına reaksiyasında deyib.
Bayden əlavə edib ki, Vaşinqton və onun NATO müttəfiqləri bu həftə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni tədbirlər elan edəcəklər.
Qeyd edək ki, Rusiyanın ötən gün Ukraynaya endirdiyi zərbələr nəticəsində, son məlumata görə, 41 mülki şəxs ölüb. Kiyevdə matəm elan edilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu