Avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.
"Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində DİN tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaqdır. Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir", - deyə məlumatda qeyd edilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu