Qarabağ və Şərqi Zəngəzurda dördüncü olan Xocalı Hava Limanı ölkəmiz, xüsusən də region üçün böyük strateji əhəmiyyətə malikdir.
BUTA.TV xəbər verir ki, bunu hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.
O bildirib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır:
“Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur”.
N.Xəlilova əlavə edib ki, Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkminləşdirmə işlərinin aparılması nəzərdə tutulub:
“Mövcud uçuş enmə zolağının uzunluğu 3000 metrə, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək və hava limanı ən müasir səviyyəyə çatdırılacaq”.
Onun sözlərinə görə, görülən işlər yüksək səviyyədə xidmətin və təhlükəsizliyin təmin edilməsinə yönəlib ki, bu da öz növbəsində regionun inkişafına, onun qlobal iqtisadiyyata inteqrasiyasına, həmçinin regional əlaqələrin möhkəmlənməsinə əlavə töhfə verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu