Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov kürəkəni, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun Britaniyada milyonlarla dəyəri olan sərvəti barədə yayılan məlumatlara münasibət bildirib. Heydər Əsədov Demokrat-a açıqlamasında yayılan sənədlərin saxta olduğunu söyləyib:
“Əgər doğrudan da Anarın o qədər mülkü varsa, verirəm sizə, gedib götürün. Yayılan o sənədlərə də yaxşı-yaxşı baxın”. Daha sonra Heydər Əsədov kürəkəni ilə bağlı jurnalistin verdiyi suala etiraz edərək, “gedin işinizlə məşğul olun” deyərək, telefonu asıb. Xatırladaq ki, Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniyada milyonlarla dollar dəyərində olan biznesi üzə çıxıb.
43 yaşlı Anar Məmmədov Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə milyonlarla dollar xərcləyib. Məlumata görə, KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznes və daşınmaz əmlak portfoliosunun - əmlak çantasının bir hissəsidir.
“Transparency International UK” təşkilatının Britaniya torpaq reystrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir.
O, bu daşınmaz əmlakın çox hissəsini atasının nazir olduğu vaxtda əldə edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu