"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya millisinin sükanı arxasına keçməyə namizədlərdən biri olub.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, İrlandiya Futbol Assosiasiyası baş məşqçi vəzifəsi üçün bir neçə mütəxəssislə maraqlanıb.
Qustavo Poyet, Roy Kin və Heymur Hadlqrimsson kimi məşqçilərin olduğu siyahıda Ağdam klubunun 52 yaşlı çalışdırıcısı da yer alıb.
Qeyd edək ki, İrlandiya Futbol Assosiasiyası sonda H.Hadlqrimssonla müqavilə imzalayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu