Kipr məsələsinin həlli istiqamətində növbəti addımlar təklif olunacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, bölgədən səfərdən dönən BMT Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Cuellar Kipr məsələsinin həlli istiqamətində xüsusi hesabat hazırlayıb:
"BMT Baş katibi Kiprdə irəliləyiş yolunda ümumi dil tapmaq səyləri üçün onun hesabatını alıb. Baş katib indi Kipr Yunan və Kipr Türk liderlərinə növbəti addımlar təklif etmək üçün Angela Cuelların hesabatındakı tövsiyələri nəzərdən keçirir", - Dujarrik qeyd edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu