Ərdoğan 44 günlük savaşda Azərbaycanın yanında dayanmış liderdir. Başqaları bir helikopter verməyəndə o, F-16-ları Azərbaycana göndərmişdi. Ərdoğan Azərbaycanın maraqlarına zidd addım atmadıqca hansısa azərbaycanlının onu tənqid edib aşağılaması əxlaqa və insanlığa zidd hərəkətdir.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD sədri Qüdrət Həsənquliyev sosial şəbəkələrdə bəzi “radikal-demokratlar”ın ”Türkiyə Prezoidenti Rəcəb Tayyib Ərdoğanı Rusiyaya münasibətdə sərgilədiyi mövqeyə və Bəşər Əsədlə görüşmək istəyinə görə təhqir etməsinə cavab olaraq deyib.
“Xalqımız Ərdoğanı, Çavuşoğlunu və Hulusi Akarı hər zaman hörmətlə anmalı, onların adı Azərbaycanda əbədiləşdirilməlidir. Türkiyə böyük dövlətdir, biz onun daxili və xarici siyasətinə qarışmamalıyıq. Xalqın mandat verdiyi liderlər müəyyən edir ki, dövlətlərinin maraqları nəyi tələb edir. Ərdoğana hücum edənlərə, sadəcə, ayıb olsun”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu