Türkiyə terrorun qanlı üzünü ən yaxşı tanıyan ölkədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən NATO sammitinin ardınca baş tutan mətbuat konfransında deyib.
“40 ildir təşkilat və müxtəlif quruluşlara qarşı ağır bədəllər ödəyərək mübarizə aparırıq. Bu məsələdə müttəfiqlərimizdən həmrəylik gözləyirik. Bəzi müttəfiqlərimizin terror təşkilatları ilə münasibətlərini qəbul etməyimiz mümkün deyil”, - o əlavə edib.
Ərdoğanın sammitdə bu çıxışı dünya mediasında rezonans doğurub. Siyasi analitiklər Türkiyənin NATO sammitində masadan “ən güclü çıxan ölkə” olduğunu bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu