Ağ Partiyanın sədri Tural Abbaslı və onun həyat yoldaşı, Ağ Partiyanın sədr müavini Nərmin Abbaslı parlament seçkilərinə qatılacaqlar.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsində namizədliklərini irəli sürüblər.
Tural Abbaslının qayınatası, Nərmin Abbaslının atası İkram İsrafil də deputat olmaq istəyir. Belə ki, Milli Məclisin 3-cü çağırış deputatı olmuş İkram İsrafil Müsavat Partiyasının üzvüdür. O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu