Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Zirə”nin Bakıda “Şerif”ə qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Klubun mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq “Zirə” - “Şerif” matçını qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.
Qeyd edək ki, Moldovada oynanılan ilk görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu