“Qarabağ” karyeram üçün mükəmməl klubdur.
BUTA.TV xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç klubun rəsmi saytına açıqlamasında deyib.
Bu yay transfer edilən qolkiper bu komandada keyfiyyətin yüksək olduğunu bildirib: “Kollektivi çox bəyənirəm və burada xoşbəxtəm. Klubda çalışanlar gözəl iş görürlər. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu kollektivin bir parçası olmaq istəyirəm. Yeni komanda yoldaşlarım əladır. Bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu klubla hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq və qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik”.
Qeyd edək ki, “Qarabağ” Fabiyan Buntiçlə 3 illik müqavilə imzalayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu